9 dekabr 2015 23:20
Besnik Hasi: Bir hədəfimiz var - pley-offa yüksəlmək!
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini söyləyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" həmişə yaxşı, təşkilatlanmış futbol sərgiləməyə çalışan komandadır. Rəqibin heyətində qapıya asanlıqla yol tapmağı bacaran futbolçular var. "Monako" və "Tottenhem" onlara qarşı sonadək mübarizə aparmalı oldular. Sabah bizim bir hədəfimiz var - pley-offa vəsiqə qazanmaq".
