9 dekabr 2015 23:00
Kara Mbodji: Qarabağa qarşı öz oyunumuzu göstərə bilsək, qalib gələrik
Belçikanın "Anderlext" klubunun pleymeykeri Kara Mbodji Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini söyləyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mövsümün əvvəlində avrokuboklarda qışa qədər mübarizə aparmaq istədiyimizi bəyan etmişdik. Amma göründüyü kimi, bu missiyanı həyata keçirmək çox çətindir. Sabah qrup mərhələsi çərçivəsindəki son oyunumuzda "Qarabağ"la qarşılaşacağıq. Hələ ki, hər şey öz əlimizdədir. Öz oyunumuzu göstərə bilsək, bu, nəticə qazanmağımıza kömək edəcək".
