9 dekabr 2015 21:00

Roman Qriqorçuk: Kim daha yaxşı hazırlıqlıdırsa, onlar oynayacaq

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

- Avroliqa oyunlarında daha çox legionerlərə güvənirdiniz. Ola bilər ki, qrup mərhələsinin son matçında yerli futbolçuları daha çox görək?
- Bizim işə yanaşmamız dəyişməyib. Kimlər daha yaxşı hazırlıqlıdırsa, onlar da meydanda olacaq.

- Qələbə "Qəbələ"yə nə dərəcədə lazımdır?
- Bu matçı qazanmaq üçün böyük istəyimiz var. Yaxşı hazırlaşmışıq. Öz oyunumuzu göstərə bilsək, qələbə qazanmaq şansımız var. Əlbəttə, bunun üçün Rusiyada baş tutan ilk oyunda hakim səhvlərinin olmaması da vacibdir.

- "Qəbələ"nin qrup mərhələsindəki hansı oyunu sizi daha çox məyus edib?
- Bəzi oyunların nəticəsindən narazı qaldıq. Çünki uduzduğumuz görüşlər oldu ki, xal qazanmağa layiq idik. Amma tarixdə tabloda qeydə alınan nəticələr qalır.

- Siz qrup mərhələsinin oyunlarını futbol bayramı hesab edirsiniz. Amma sabah stadiona elə də çox azarkeşin toplanması gözlənilmir. Bu bayramı tək keçirməkdən qorxmursunuz?
- Biz azarkeşlər barədə danışa bilmərik. Onların bizə köməyi az olmayıb. Sabah da biz meydana məhz stadiona gələnlər, bizi televiziyadan izləyənlər üçün oynayacağıq. Azarkeş sayı azdırsa, deməli, o dərəcədə yaxşı oynamırıq.

- "Krasnodar"dan fərqli, sizin hazırlıq üçün az vaxtınız oldu...
- Düşünmürəm ki, bu, həlledici rol oynasın. Qrafik onsuz da sıxdır. Biz şikayətlənməli yox, daha yaxşı hazırlaşmalıyıq.

- "Krasnodar"ı çalışdırmaq istəyərdiniz?
- Mən "Qəbələ"ni çalışdırmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.