9 dekabr 2015 20:40
Ürfan Abbasov: Krasnodarla oyunda baş məşqçidən şans gözləyirəm
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Hələ oynayıb-oynamayacağımı bilmirəm. Baş məşqçi şans versə, meydana çıxmağa hazıram. Şans gözləyirəm. "Krasnodar"ın oyununu analiz etmişik. Rəqibin oyunçuları əks-hücumlarda təhlükəlidirlər. Diqqətli oynamalıyıq. "Krasnodar"ın təhlükəli oyunçularını sadalamlı olsam, gərək 15 futbolçu adı çəkim. Rəqibin xüsusilə hücum xətti xoşuma gəlir".
