Qriqorçuk: Qələbə daha çox Krasnodara lazım olsa da, biz də qalib gəlmək istəyirik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın "Krasnodar" klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamız heç bir "qara zolağ"a düşməmişdi. Bu üzdən məni zolaqdan çıxmaq münasibətilə təbrik etmək lazım deyil. Sabah qələbə daha çox "Krasnodar"a lazım olacaq. Çünki onlar qrup liderliyi uğrunda mübarizə aparırlar. Amma əvvəlki oyunlarda olduğu kmi, bu görüş də bizim üçün vacibdir. Qrup mərhələsi çərçivəsində ilk qələbəmizi qazanmaq şansından istifadə etmək istəyirik. Təcrübəmiz oyundan-oyuna daha da artır. Komandaların şansları bərabərdir. Bu barədə əlavə nəsə deməyə ehtiyac yoxdur. "Krasnodar" yüksək səviyyəli komandadır. Buna baxmayaraq, biz yaxşı futbol sərgiləmək və qələbə qazanmaq istəyirik. Etiraf edim ki, bu oyun öncəsi məni narahat edən heç nə yoxdur. Komandamla fəxr edirəm. Gücümüzə inanıram".
