9 dekabr 2015 19:00
Vanderson: Rikardinyo və Dodo ilə söhbətləşirəm
Rusiyanın "Krasnodar" klubunun hücumçusu Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qəbələ"nin heyətində braziliyalı futbolçuların çıxış etdiyini bilirəm. Bəziləri ilə tanışlığım da var. Məsələn, Rikardinyo və Dodo ilə söhbətləşirəm. İsveçdə Rikardinyo ilə birgə yaşayırdım. Yaxşı uşaqlardır. Rəqibə gəlincə, onların güclü müdafiə xətti var. Ucaboy futbolçulara malikdirlər. Ona görə də bizim yerlə oynamağımız lazımdır".
