9 dekabr 2015 18:00
Neftçi Kamran Ağayevlə bağlı xəbərlərə aydınlıq gətirdi
Türkiyənin "Karşıyaka" klubu ilə yollarını ayıran Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin yenidən ölkəmizə qayıtmağa hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onun "Neftçi" ilə anlaşdığı bildirilirdi.
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Ağayevin bu komandaya keçəcəyi barədə xəbərlər doğru deyil.
Qeyd edək ki, hazırda "Neftçi"də üç qapıçı var: Aqil Məmmədov, Mixal Peskoviç və Maksim Vaylo.
