9 dekabr 2015 14:40
Qarabağ azarkeşləri Anderlextin fan-sektora bilet satmamasından narazıdır
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunu səfər matçında təxminən 100-ə yaxın azarkeş dəstəkləyəcək.
Fanatlardan birinin saytımıza verdiyi məlumata görə, hazırda 70 azarkeşin siyahısı bəllidir. Amma matç saatına qədər siyahının 100-ə qədər artması gözlənilir. "Qarabağ" həmin azarkeşlər üçün 50 pulsuz bilet təşkil edəcəyinə söz verib.
"Qarabağ"ın azarkeşlərinin matçın keçiriləcəyi arenada harada yer alacağı hələlik, bəlli deyil. Çünki "Anderlext" qonaq komanda üçün nəzərdə tutulan fan-sektora bilet satılmadığını bəyan edib.
