Arif Əsədov Qarabağ və Qəbələdən heç-heçə gözləyir
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki son oyunları öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"da heyətlə bağlı problemlər var. Məsələn, Reynaldonun yoxluğu komandanın oyununa və nəticələrinə təsir göstərir. Ansi Aqollinin də bu görüşü buraxması ciddi itkidir. Belçikalılara səfərdə qalib gəlmək çox çətin olacaq. Böyük ehtimalla heç-heçə olacaq. Amma ağdamlılar Bakıdakı kimi oynasalar, qələbə də qazanmaq olar.
"Qəbələ" üçün isə "Krasnodar"la oyun prestij xarakterlidir. Qrup mərhələsində ilk qələbə qazanmaq və Avroliqanı major notlarla başa vurmaq imkanı var. Komandamızın qrup mərhələsində ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu nəticəni müsbət hesab etmək olar. Amma mənə elə gəlir ki, "Krasnodar"la oyun heç-heçə bitəcək".
