9 dekabr 2015 12:00
Raqnar Siqurdsson: Qəbələ ilə görüşə ciddi hazırlaşacağıq
Rusiyanın "Krasnodar" klubunun müdafiəçisi Raqnar Siqurdsson Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Krasnodar"ın bu il daha bir oyunu var - Avropa Liqası çərçivəsində "Qəbələ" ilə qarşılaşmalıyıq. Biz peşəkar futbolçularıq və digər oyunlara olduğu kimi, bu görüşə də ciddi hazırlaşacağıq. "Kuban"a qarşı keçirdiyimiz son oyundan sonra altı gün hazırlıq üçün vaxtımız vardı. Fikrimcə, bərpa olub, ilin son oyununa tam hazır çıxa biləcəyik".
