9 dekabr 2015 11:00

Ya formanın haqqını verin, ya da...

I divizonda oynamaq ayıb deyil. Hafiz Məmmədov düz deyir, hər bir klubun başına gələcək hadisədir bu. Vaxt olub ki, aparıcı top-klublar da aşağı divizionda oynayıblar. Səbəblər fərqli olsa belə, “Yuventus”u, “Monako”nu bu baxımdan nümunə göstərmək olar.

“Bakı”nın I divizionda çıxış etməsi faciə deyil. Amma dünən “Bakılı”dan alınan məğlubiyyət faciədir. Söhbət heç məğlubiyyətdən də getmir. Söhbət, komandanı çətin vəziyyətdə qoyub, qaçanlardan gedir. Harada görülüb ki, kapitan gəmini hamıdan əvvəl tərk etsin? Harada görülüb ki, klubun öz yetirməsi olan, bu günə kimi akademiyada qalan futbolçu “ehtiyatda qalıramsa, çıxıb gedirəm” desin? Harda görülüb ki, klubun xarici ölkələrə göndərib, əməliyyat elətdirdiyi futbolçusu oyuna gəlməsin?

Bəli, “Bakı”nın futbolçuları 2 aydır maaş almırlar. Lakin bu gün maliyyə problemi təkcə “Bakı”da deyil axı. Bu gün Premyer Liqanın əksər klublarında pul sıxıntısı yaşanır. Baş verən siyasi hadisələr də göstərdi ki, Hafiz Məmmədov biznesində səhvə yol verməyib. Sadəcə, kənar təsirlər iş adamını çətin vəziyyətə salıb. Bütün çətinliklər də artıq yoluna qoyulmaq üzrədir. Qısa müddətdən sonra hər şey yaxşı olacaq.

“Bakı”nın akademiyası xeyli futbolçu yetişdirib. Amma belə görünür ki, şəxsiyyət yetişdirə bilməyib. Futbolçu ilk növbədə şəxsiyyət olmalıdır. “Pul əl çirkidir” deyimi boş söhbətdir. Pul hamıya lazımdır. Lakin həyatda puldan da vacib məqamlar var. 16-17 yaşında futbolçuya nə lazımdır? Məşq meydançası, forma, oyuna çıxmaq. Bunun üçün də “Bakı”nın bazasında hər bir şərait var. Vaxtı-vaxtında qidalanırlar da.

Hafiz Məmmədov Azərbaycan futboluna adına çox iş görüb. Onun futbolumuza verdiyi ən böyük töhfələrdən biri “Bakı”nın akademiyasıdır. Bu gün həmin uşaqlar “Bakı”nın heyətində yetişməsəydilər, akademiyada futbolun sirlərinə yiyələnməsəydilər, harada olacaqdılar? Bir anlıq bu sualı özünüzə verin, bəylər...

Elə futbolçu var ki, yayda “Bakı” transfer vərəqini özünə verib. Lakin 1-2 ay səy göstərsə də, heç bir klubla anlaşa bilməyib, komandaya qayıdıb. Futbolçu var ki, ağır zədə alıb. Ömrü boyu şikəst qalacağından qorxaraq, ağlayıb. Həmin hadisə gözümün qarşısında olub, bugünki kimi yadımdadır həmin göz yaşları. Amma Hafiz Məmmədov o cür gənclərdən üz döndərməyib. Hər birinə sahib çıxıb. Ölkə xaricinə əməliyyata göndərib. Aylarla bazada qalıb, qidalanıb, müalicə olunub, maaş alıb. Oynamaya-oynamaya. Bütün bunların qarşılığında budur Hafiz Məmmədova, “Bakı”ya olan hörmətiniz? Keçmişi unutmaq olmaz, bəylər...

Dünən “Bakılı” ilə oyunu izləyən hər 10 nəfərdən 9-u “Bakı” qəsdən oynamır” deyirdi. Sabah lazım gəlsə, “Bakı” I divizionda U-19, U-17, lap U-15 komandası ilə də oynayar. Onsuz da bu, müvəqqəti çətinlikdir. Növbəti mövsümdə “Bakı” yenə də Premyer Liqada olacaq. İtirən siz olacaqsınız, “Bakı” yox. “Bakı”dan kimlər getməyib ki? Amma komanda dağılmayıb, dağılmayacaq da. O formanı geyib, meydana çıxırsınızsa, kişi kimi oynayın. Ya o formanın haqqını verin, ya da ...

Komandanı heç olmasa, qarda-boranda yanınızda olan, “Rəvan”la oyunda o cür soyuqda dayanmadan sizə dəstək verən azarkeşlər qədər sevin...

P.S. 1 ay əvvəl televiziyaya çıxıb “sağ olsun “Bakı”, sağ olsun Hafiz Məmmədov, məqsədimiz növbəti mövsüm Premyer Liqaya qayıtmaqdı” deyənlər, bu gün meydana çıxmaq istəmirlər. Heç olmasa, sözünüzə hörmət qoyun, bəylər.

İbrahim, futbolxeber

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.