9 dekabr 2015 00:45
Brüsseldəki matç Qarabağ üçün yubiley olacaq
Azərbaycan çempionu "Qarabağ" dekabrın 10-dan 11-nə keçən gecə Avropa Liqasının qrup mərhələsinin həlledici - 6-cı turu çərçivəsində Brüsseldə Belçikanın "Anderlext" klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu oyun Ağdam təmsilçisi üçün yubiley xarakteri daşıyır.
Belə ki, "Qarabağ" Avroliqadakı 50-ci matçına çıxacaq. Ağdamlılar bundan əvvəlki 49 oyunda 19 qələbə qazanıb, 14 heç-heçə edib, 16 dəfə isə məğlub olub.
