9 dekabr 2015 00:25
Millimizin sabiq futbolçusu: Qarabağ və Qələbə kimi güclü klublarda oynamaq istərdim
Azərbaycan yığmasının sabiq müdafiəçisi, İsveçin "Kalmar" klubunun üzvü Emin Nuri bəyan edib ki, o, Premyer Liqamızda çıxış etməyin əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü söyləyib:
"Mümkündür ki, hansısa Azərbaycan klubu mənim çıxışımla maraqlanır. Amma mənə dəvət göndərən olmayıb. Düzünü desəm, Azərbaycan yığmasındakı karyeramı davam etdirəcəyim günün gələcəyinə ümidliyəm. Bunu çox istəyirəm. Azərbaycan çempionatı güclüdür. Bu birincilikdə öz oyunu ilə fərqlənən komandalar çıxış edir. Elə Avropa Liqasında çıxış edən "Qarabağ"la "Qəbələ"ni buna misal göstərmək olar. Mən də belə güclü komandalarda çıxış etməyi çox istərdim. Ümid edirəm ki, bu baş verəcək və Azərbaycanda ola biləcəyəm".
