9 dekabr 2015 00:05
Qarabağ Belçikaya yollandı
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə qarşılaşacaq "Qarabağ" ötən gün Bakı-Brussel reysiylə Belçikaya yollanıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu təxminən 5 saatlıq uçuşdan sonra artıq Brüsselə çatıb.
Qeyd edək ki, "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) qarşılaşması dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.
