8 dekabr 2015 17:40
Almeyda oynayacaq, Aqolli yox
Azərbaycan çempionu "Qarabağ" bu gün Brüsselə yollanacaq. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə qarşılaşacaq Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeydadan xoş xəbər var.
Belə ki, Premyer Liqanın son turunda "İnter"ə qarşı forma geyməyən braziliyalı futbolçunun "Anderlext"ə qarşı forma geyib-geyməyəcəyi sual atlında idi. Amma klubdan aldığımız məlumata görə, o, səfərə yollanacaq və komandasına kömək edə biləcək.
Əvəzində müdafiəçi Ansi Aqolli Belçikada meydana çıxa bilməyəcək. Amma o, zədəli olmasına baxmayaraq, səfərə yollanacaq.
