8 dekabr 2015 13:20
Qarabağı Avroliqa iştirakçıları arasında ən uzun yol gözləyir
"Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində ən uzun səfər gözləyir. Azerisport.az xəbər verir ki, Ağdam klubu həlledici turda Belçika "Anderlext"i ilə qarşılaşmaq üçün Brüsselə getməlidir.
Bunun üçün ağdamlılar 3650 kilometr yol qət etməli olacaqlar. Çünki Bakıdan Brüsselə qədər məhz bu qədər məsafə var. Maraqlıdır ki, Avroliqanın iştirakçıları arasında son turda heç bir klub səfər oyunu üçün bu qədər məsafə qət etməyəcək.
