8 dekabr 2015 12:20
Neftçini Şota Arveladze çalışdıra bilər
"Neftçi" yeni baş məşqçi axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırda komanda Əsgər Abdullayevin rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəksə də, klub rəhbərliyi onu qış fasiləsində əcnəbi mütəxəssislə əvəzləməkdə israrlıdır.
Hazırda "ağ-qaralar"ın sükanı arxasına keçməsi nəzərdə tutulan bir neçə mütəxəssis var. Onlardan biri də gürcü məşqçi Şota Arveladzedir.
Qeyd edək ki, Arveladze daha çox Türkiyədəki məşqçilik fəaliyyəti ilə tanınır. O, "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor" klublarını çalışdırıb. Hazırda isə işsizdir.
