8 dekabr 2015 12:00
Serin Mbodji: Qarabağa qalib gəlib, yolumuza davam etməliyik
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Serin Mbodji Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarşıda bizi vacib həftə gözləyir. "Qarabağ"la oyunumuz var. Azərbaycanlılara qalib gəlməliyik. Çünki yalnız belə olan halda Avroliqada yolumuza davam edə bilərik".
