8 dekabr 2015 11:00
Daha iki legioneri Xəzər Lənkərandan getdi
"Xəzər Lənkəran"ı daha iki futbolçu tərk edib. Azerisport.az xəbər verir ki, bunlar Adrian Skarlatake ilə Sadio Tounkaradır.
Onlar qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Hər iki futbolçu bu ilin sonuna qədər baş tutacaq üç oyunda iştirak etməyəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran"ı Rasim Ramaldanovla Rahid Əmirquliyev də tərk edib. Amma digərlərindən fərqli, Rahid ilin sonunadək komandaya kömək edəcək.
