8 dekabr 2015 00:45

Rəşad Sadiqov: Avropa Liqasını yaxşı notlarda bitirmək istəyirik

“Qəbələ” Topaz Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la səfər oyununda 1:0 hesabı ilə qalib gələrək, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın qələbəsində təcrübəli yarımmüdafiəçi Rəşad Sadiqovun da əməyi olub. Start heyətində meydana çıxıb, 73-cü dəqiqədə əvəzlənən futbolçu qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:

“Xəzər Lənkəran” gənclərdən təşkil olunsa da, yaxşı futbol sərgiləyirlər. Bu komandanın futbolçuları istəklidirlər, mübarizə aparırlar, yaxşı oynayırlar. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Əsas da bu 3 xalı qazanmaq idi. Bu da sevindiricidir. Birinci dövrədə öz meydanımızda oynamışdıqsa, bu dəfə səfərdə qarşılaşdıq. “Xəzər Lənkəran” isə evdə istənilən rəqibə qarşı yaxşı oynayır, müqavimət göstərir. Bizə qarşı da yaxşı çıxış etsələr də, istəyimizə çatıb, qələbə qazandıq. Təcrübə sayəsində bu çətin qarşılaşmada qalib gəldik. Bundan əvvəlki matçlarda da yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. “Sumqayıt”la qarşılaşmanı nəzərə almasaq, bütün görüşlərdə daha yaxşı oynayırdıq. Lakin 90 dəqiqə üstünlüyə sahib olsaq da, bəxtimiz gətirmirdi. Bu qələbədən sonra hər şey qaydasına düşəcək və çıxışımızı uğurlu seriya ilə davam etdirəcəyik”.

“Qəbələ” bu həftə iki vacib oyun keçirəcək. Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya “Krasnodar”ını qəbul edəcək komandamız 3 gün sonra Topaz Premyer Liqasında “Neftçi” ilə üz-üzə gələcək. Hər iki matçın çətin və vacib olduğunu qeyd edən Sadiqov ilk növbədə qarşıdakı matça kökləndiklərini bildirib:
“Qrupda üçüncü yerdən əvvəl qələbəni düşünürük. Neçənci yeri tutacağımızı fikirləşmirik. Əsas oyuna çıxıb, “Krasnodar”a qalib gəlməkdir. UEFA Avropa Liqasını yaxşı notlarda bitirmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, həm “Qəbələ”, həm də Azərbaycan xalqı üçün qələbə qazanaq. “Neftçi” ilə oyun da ağır və gərgin olacaq. Bu rəqib də yaxşı oynayır. Lakin hələ bu haqda düşünmürük. Bütün fikrimiz “Krasnodar”la matçla bağlıdır. Rusiya təmsilçisini də, hər bir komandanı da məğlub etmək mümkündür. Biz istəkliyik və qələbəyə köklənmişik. Qalib gəlməyə çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.