8 dekabr 2015 00:25

Qəbələ Krasnodarla oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunun dekabrın 6-da “Xəzər Lənkəran”la səfərdə keçirilən oyunundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir.

Komanda ötən gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.

Xatırladaq ki, qrupda son oyununa çıxacaq komandamızın “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
C qrupu

22:00. “Qəbələ” – “Krasnodar” (Rusiya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Ovidiu Artene (Rumıniya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
Bakı. “Bakcell Arena” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.