8 dekabr 2015 00:15
"Qarabağa qalib gəlmək üçün yetərincə motivasiyamız var"
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Stiven Defur Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Qarabağ"ı doğma meydanda qəbul edəcəyik. İndi qrupda ikinci yerdə gedirik... Fikrimcə, bizim "Qarabağ"a qalib gəlmək üçün kifayət qədər motivasiyamız var".
