8 dekabr 2015 00:05

Tato: Neftçi ilə heç-heçəni normal nəticə sayıram

"Zirə"nin yarımmüdafiəçisi Luis Alberto Diez (Tato) Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirilmiş oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Bərabər səviyyəli oyun oldu. Biz birinci qol vurduq. Amma kobud səhvə yol verdiyimizə görə, öz qapımızda da qol gördük. Artıq bu görüşü unudub, "Qarabağ"la növbəti oyuna hazırlaşmalıyıq.

- Hakim tez-tez oyunu saxlamaqla tempin aşağı düşməsinə səbəb olurdu. Bu, sizin oyununuza nə dərəcədə təsir göstərdi?
- Fikrimcə, hakim oyunu möhtəşəm idarə etdi. Bizim hakimliklə bağlı heç bir iradımız yoxdur. Oyun tez-tez dayandırılsa da, temp kifayət qədər yaxşı idi.

- Meydan sahibləri son dəqiqələrdə fəal hücum edirdilər. Bu, "Neftçi"nin qələbəni daha çox istəməsindən xəbər verir?
- Onların evdə oynadıqlarını nəzərə alsaq, bu, tamamilə normaldır. Bizim də qol vəziyyətlərimiz var idi. "Zirə" də ikinci qolu vura, qələbə qazana bilərdi.

- Birinci dövrədə bu rəqibinizə qalib gəldiyiniz halda, bu dəfə heç-heçəyə razılaşdınız. Bu, "Zirə"nin geriyə addımlamasının göstəricisidir?
- Mən belə deməzdim. Biz bu dəfə səfərdə oynayırdıq. Bir sözlə bu heç-heçəni də komandamız üçün normal hesab edirəm.

- "Zirə" hər oyuna müxtəlif heyətlərlə çıxır. Bu, sizin çıxışınıza mənfi təsir göstərmir?
- Əksinə, bunu müsbət məqam hesab edirəm. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən hər kəs meydana çıxmaq şansı qazanır. Buna görə də məşqçilər hər bir futbolçumuza oynamaq şansı verir.

- Qarşıda "Qarabağ"la oyun var. Siz ilk məğlubiyyətinizi bu komandadan almışdınız. Bu dəfə necə olacaq?
- Hər şey ola bilər. Öz meydanımızda məğlub olmadığımızı nəzərə alsaq, niyə bu dəfə onlara qalib gəlməyək?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.