7 dekabr 2015 18:00
Neftçi Türkiyədə 4 yoxlama oyunu keçirəcək
"Neftçi" də qış hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 4-5-də bir araya gələcək.
Ayın 10-da isə komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. "Ağ-qaralar"ın qonşu ölkədə iki həftəlik hazırlıq keçməsi gözlənilir.
Bu müddət ərzində "Neftçi" dörd yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
