7 dekabr 2015 17:40

Qurban Qurbanov: Əsas odur ki, şans var və ondan yararlanmalıyıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçikanın "Anderlext" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Premyer Liqadakı uğurlu nəticələrdən sonra komanda "Anderlext"lə oyun öncəsi özünü necə hiss edir?
- Premyer Liqa ilə Avroliqa tamamilə fərqli turnirlərdir. Rəqiblər arasında da çox fərq var. Hər bir oyuna yanaşma fərqli olur. "Anderlext" güclü rəqibdir. Hazırlıq üçün vaxtımız da azdır. Rəqib komandanın da qrupdan çıxmaq şansı var. "Anderlext"in hər bir nümayəndəsi açıqlamasında bizdən revanş almaq haqda düşündüklərini gizlətmir. Bizimlə oyuna ciddi hazırlaşırlar. Bunu yaxşı başa düşürük.

- Komandanızın qrupdan çıxmaq şansını necə qiymətləndirərdiniz?
- Qrupda ən az şansa malik olan bizik. Amma əsas odur ki, şans var. Mümkünsüz heç nə yoxdur.

- Hətta "Anderlext" üzərində qələbə qazanacağınız halda da qrupdan çıxmaya bilərsiniz. Sizcə, İngiltərə "Tottenhem"i ilə Fransa "Monako"su arasındakı oyunda hansı nəticə qeydə alınacaq?
- Mən həmin oyun barədə düşünmürəm. Bizim üçün öz oyunumuz daha vacibdir. Londondakı görüşü düşünməyə başlasaq, Brüsseldə arzuladığımız nəticəni əldə edə bilmərik.

- "Qarabağ" ötən mövsüm Avropa Liqasını dramatik şəkildə tərk etdi. Bu dəfə də eyni aqibətlə üzləşməkdən qorxmursunuz?
- Ötən mövsüm baş verənləri artıq unutmuşam. Bu dəfə necə olacağını bilmirəm. Şans var və biz bu şansdan yararlanmaq istəyirik. Nəyin necə alınacağını zaman göstərəcək.

- "Anderlext"i Bakıda görmüşük. Bəs onlar evdə necə oynayırlar?
- Onlar öz oyun üslublarını hər oyunda qorumağa çalışırlar. Amma təbii ki, öz meydanlarında daha aqressiv çıxış edəcəklər. Əlbəttə, bizə asan olmayacaq. Həm də rəqib indi Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb yanır.

- Demək olar ki, rəqib hazırda pley-offa çıxmaqdan daha çox revanş almaq barədə düşünür?
- Mənə də elə gəlir ki, onlar revanş barədə daha çox düşünürlər.

- Yəqin ki, Parisdəki məlum terror hadisəsindən sonra Brüsseldə nələr yaşandığından yaxşı xəbərdarsınız...
- Bunun bizə aidiyyatı yoxdur. UEFA matçın keçirilməsinə razılıq verirsə, deməli, orada hər şey qaydasındadır. Əminəm ki, bunun üçün müvafiq təhlükəsizlik tədbirləri görülür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.