7 dekabr 2015 17:20
Kamran Ağayev Qalatasaraya qarşı
Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandasının - "Karşıyaka"nın da rəqibləri bəlli olub.
Belə ki, İzmir klubu "Kastamonuspor", "Ahisar Bələdiyyəspor" və "Qalatasaray"la bir qrupa düşüb.
Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları 15-17 dekabr aralığında keçiriləcək.
