8 dekabr 2015 00:35
"Robert Prosineçki yaxşı məşqçidir, amma o, iki vəzifəni yerinə yetirə bilməz"
"Neftçi"nin idman direktoru Vəli Qasımov Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin yeni ildən paytaxt klubunun sükanı arxasına keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Robert Prosineçki yaxşı məşqçidir, amma o, iki vəzifəni yerinə yetirə bilməz. Onun adı "Neftçi"nin baş məşqçi postuna namizədlər siyahısında yoxdur".
