7 dekabr 2015 16:45
Qarabağ Belçikaya oyundan iki gün öncə gedəcək
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Belçika "Anderlext"i ilə səfər oyunu üçün planları bəllidir. Azerisport.az xəbər verir ki, Ağdam klubu Brüsselə oyundan iki gün öncə - sabah yollanacaq.
Komandamız səfərə çarter reysi ilə gedəcək. Ağdamlıların səfəri saat 18:00-da start götürəcək. Buna qədər isə Qurban Qurbanov futbolçularını səhər məşqinə çıxaracaq.
