7 dekabr 2015 17:00
Qarabağın qış hazırlıq planı məlumdur
Son Azərbaycan çempionu "Qarabağ" qış hazırlıq planlarını demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu əsas hazırlıq prosesini yenə də Türkiyədə həyata keçirəcək.
Qurban Qurbanov komandasını qonşu ölkəyə yanvarın 5-də aparacaq. Ağdam klubu ayın 22-23-dək orada qalacaq. Toplanışın müddəti Azərbaycandakı hava şəraitindən asılı olaraq, artırıla da bilər.
Türkiyədə olduğu müddətdə "Qarabağ"ın ən azı üç yoxlama oyunu keçirməsi gözlənilir. Amma əlavə bir neçə oyunun baş tutması da istisna edilmir.
