7 dekabr 2015 14:30

Rahid Əmirquliyev: Böyük ehtimalla vətəndə qalacağam

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Pis oynamadıq. Sakitcə heç-heçəyə nail ola bilərdik. Bunun üçün qol vəziyyətlərimiz də oldu. Amma həmişəki kimi, yenə də onlardan yararlana bilmədik. Məğlubiyyətə baxmayaraq, gənc uşaqlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Belə davam etsələr, bu komandanın gələcəyi yaxşı olacaq.

- Komandanızın penali tələb etdiyi iki epizodla bağlı nə deyə bilərsiniz?
- Birinci epizodu dəqiq görmədim. Mənə elə gəlirdi ki, Elnur Cəfərov özünü yerə atıb. Amma təkrarda görünür ki, tam əksinədir. Hakim həmin epizodda penalti təyin edə bilərdi. İkinci hissədə isə "Qəbələ"nin futbolçusu cərimə meydançasında əllə oynadı. Hakim yenə də "nöqtə"ni göstərmədi. Bütün bunlar üç hakimin gözü qarşısında baş verib. Ola bilsin ki, hakimlər sadəcə, bizim xeyrimizə penalti təyin etmək istəmirdilər.

- Siz bunu qərəzli münasibət sayırsınız?
- Üç hakimin heç biri bunu görmür və ya görmək isəmirsə, belə fikirlər yaranır. Ümumiyyətlə, qapı xəttində qoyulan hakimlər nə üçündür? Onlar baş hakimə məhz belə epizodlarda yardım etməlidirlər. Hər bir insan səhv edə bilər. Ümid edirəm ki, bu qərarlar "Xəzər Lənkəran"a qarşı qərəz deyil.

- Rasim Ramaldanovun gedişindən sonra komandada atmosfer necədir?
- Şübhəsiz ki, bütün bunlar komandaya pis təsir göstərir. Mən də gedəcəyəm, amma bunu hiss etdirməməyə çalışıram. Üç oyun qalıb. Qalan oyunlarda komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

- Gələcək iş yerinizi hələ müəyyənləşdirməməsiniz?
- Təkliflər olduğunu gizlətmirəm. Hələ qərar verməmişəm. Mövsümün ilk yarısı başa çatandan sonra qərar verəcəyəm. Böyük ehtimalla vətəndə qalacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.