7 dekabr 2015 13:45

İvanoviç: Mənimlə İnter və Neftçi maraqlanır

Qazaxıstanın "Atırau" klubunun hücumçusu İvan İvanoviç karyerasını Azərbaycanda davam etdirməyin mümkünlüyündən danışıb. Azerisport.az xəbər verir ki, 26 yaşlı forvardın kiçik qardaşı İqor İvanoviç də hazırda "Zirə"nin şərəfini qoruyur.

İvan Qazaxıstan mətbuatına müsahibəsində bunları qeyd edib: "Qardaşımla fikirlərimiz demək olar ki, həmişə üst-üstə düşür. İqor komandasından razıdır. Azərbaycandan mənə də zəng gəlmişdi. Amma sonda necə alınacağını zaman göstərəcək. Həm də hazırda özümü Qazaxıstan çempionatında yaxşı hiss edirəm və yerli çempionata tam uyğunlaşmışam. Düzdür, müqaviləmin müddəti başa çatır. Amma "Atırau"da qalmaq istəyərdim. Baxacağıq. Menecerim artıq Rusiya və Azərbaycandan beş klubla danışıq aparır.  Ona görə də yeni müqavilə baxımından heç bir problem olmayacaq (gülür). Özümə güvənirəm və bilirəm ki, yüksək səviyyədə oynaya bilərəm. Mənimlə maraqlanan klublar arasında Bakı "İnter"i, "Neftçi", "Zirə", eləcə də Rusiyanın "Krılya Sovetov" klubları var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.