7 dekabr 2015 12:30
Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində
FİFA referisi Elçin Səmədli futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Hollandiyada təşkil olunacaq 4-cü qrupunun oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, Bosniya və Herseqovina, Hollandiya, İspaniya və Latviya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları dekabrın 10-dan 13-dək Eyndhoven şəhərində keçiriləcək.
