7 dekabr 2015 12:15
Qəbələ - Krasnodar matçının biletləri satışa çıxarıldı
UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində dekabrın 10-da baş tutacaq "Qəbələ" - "Krasnodar" (Rusiya) matçının biletləri artıq satışdadır. Azerisport.az xəbər verir ki, biletlər bu gün saat 12:00-dan etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarında satışa çıxarılıb. Biletlərin qiyməti 2, 5 və 10 AZN-dir.
