7 dekabr 2015 11:30

Samuel Armenteros: İndi Anderlextin üzərində təzyiq və gərginlik var

"Qarabağ"ın hücumçusu Samuel Armenteros Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "İnter"lə oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"lə oyunu necə şərh edə bilərsiniz?
- Çətin oldu. Amma istəyimizə çata bildik. Başa düşürdük ki, bu rəqiblə oyun asan keçməyəcək. Çünki "İnter" güclü komandadır.

- Yəqin ki, hazırda hamınızı daha çox Belçika "Anderlext"i ilə Avroliqa oyunu düşündürür...
- Etiraf edim ki, "Anderlext"ə qarşı oynamaış həmişə istəmişəm. Bildiyiniz kimi, "Qarabağ"a qədər mən məhz bu klubda oynayırdım. Orada çoxlu dostlarım var. Onlar mənim oyunuma baxmağa gələcəklər.

- Belə çıxır ki, bu, sizin üçün böyük motivasiyadır...
- Bəli, elədir. Amma mən bu görüşə əsl peşəkar futbolçu kimi hazırlaşmalıyam. Bu görüşün vacibliyini başa düşürəm.

- "Anderlext"in sabiq futbolçusu olduğunuzu nəzərə alsaq, yəqin ki, rəqib barədə faydalı məlumatlarınız da olar...
- Əlbəttə. Mənim çoxlu tanışım var ki, onlardan qarşıdakı rəqiblə bağlı məlumat öyrənmək mümkündür. Amma onlar da futbolçudurlar.

- "Qarabağ"da bununla maraqlanan yoxdur?
- Komandamızın məşqçilər korpusu istənilən rəqibi yaxşı analiz etməyi bacarır. Onların məndən nəsə soruşmağa ehtiyacları yoxdur. Öz işlərinin öhdəsindən bunsuz da layiqincə gəlirlər.

- "Qarabağ"ın digər aparıcı futbolçusu - Reynaldo da vaxtilə "Anderlext"də oynamışdı. Siz onu layiqincə əvəz edə biləcəksiniz?
- Əlbəttə, gücüm daxilində əlimdən gələni edəcəyəm ki, komandamız uğur qazansın.

- Sizcə, "Anderlext"də indi hansı atmosfer hökm sürür?
- Fikrimcə, bu komandanın hazırda Belçika çempionatında birinci pillədə qərarlaşmaması onların üzərində təzyiq yaradır. Yəqin ki, bununla əlaqədar futbolçular arasında da gərginlik var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.