7 dekabr 2015 00:35
Subaşiç oynamadı, klubu yenə məğlub oldu
Serbiya Super Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Radnik"lə qarşılaşıb. Matç Subaşiçin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Branimir bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
