7 dekabr 2015 00:25
Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı, komandası uduzdu
Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Adanaspor"la qarşılaşıb. Matç qazianteplilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 21 xalla 8-ci pillədə qərarlaşıb.
