7 dekabr 2015 00:10
Kamran Ağayev oynamadı, komandası xal itirdi
Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.
Sözügedən klub səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə bitib. Kamranın adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Karşıyaka" geridə qalan turlarda topladığı 13 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
