7 dekabr 2015 00:05

Kaue: Neftçi hazırda inkişafdadır, Qəbələyə də qələbə üçün gedəcəyik

"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- "Zirə" yaxşı komandadır. Onlar kompakt oyuna üstünlük verirlər. Biz isə oyun ərzində cəmi bir səhvə yol verdik, o da qolla nəticələndi. Amma ondan sonra dərhal toparlana və cavab qolunu vurmağı bacardıq.

- Hər iki komandanın oyunçuları tez-tez yerdə qalırdı. Futbol oynamaq fikriniz yox idi?
- Ola bilsin ki, rəqib aqressiv oynayırdı. Həm də "Zirə"ni heç-heçə hesabı qane edirdi, buna görə də tez-tez yerdə qalırdılar. Hesabı qorumağa çalışırdılar.

- Matçın gedişində hakim qonaqların qapısına iki dəfə penalti təyin etmədi. Yoxsa, bu, tribunadan belə görünürdü?
- Mümkündür ki, həmin epizodlardan birində mən də iştirak etdim. Hakimlikdən danışmaq istəmirəm. Amma hakimin bəzi qərarlarını başa düşə bilmədim. Sarı vərəqələri bizə heç nədən paylayırdı. Lakin rəqib futbolçularla bağlı oxşar qərarlar görmürdük.

- Bu, Əsgər Abdullayevin rəhbərliyi altında dördüncü oyununuz idi. Komanda hələ ki, bu görüşlərdə uduzmayıb. Qarşıda isə "Qəbələ" ilə səfər oyunu var...
- Qəbələyə də qələbə ardınca gedəcəyik. "Neftçi" hazırda inkişafdadır. Tədricən böyük komanda olmağa başlamışıq.

- "Qəbələ" "Neftçi" ilə oyuna qədər Avropa Liqasında oyuna çıxacaq. Böyük ehtimalla onlar sizinlə görüşdə yorğun olacaqlar...
- Ola bilsin ki, bir qədər yorğun olsunlar. Amma bu komandanın heyətində çoxlu güclü futbolçu var. İstənilən halda biz Qəbələdə maksimum nəticə üçün mübarizə aparacağıq.

- "Neftçi"nin müdafiə xətti çoxlu səhvlərə yol verir. Bunun səbəbi nədir?
- Razıyam ki, hərdən səhvlərimiz olur. Hətta qələbə qazanmağımız da hər şeyin qaydasında olduğunu deməyə əsas vermir. Səhvlərimiz üzərində işləyəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.