7 dekabr 2015 00:00
Emil Balayevsiz Ayntraxt yenə məğlub oldu
Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 14 xalla 13-cü pillədə qərarlaşıb.
