6 dekabr 2015 20:00
PAOK 3 xalı 2 qolla qazandı
Yunanıstan çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Panionios"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, PAOK geridə qalan turlarda topladığı 22 xalla 3-cü pillədə qərarlaşıb.
