6 dekabr 2015 17:00
İsrafilov oynamadı, Eybar yenə uduzdu
İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Real Sosyedad" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. İsrafilov bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
