6 dekabr 2015 20:22

Qarabağ İnterə, Qəbələ Xəzər Lənkərana qalib gəldi, Neftçi və Zirə sülh bağladı

Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Əsgər Abdullayevin gəlişindən sonra qələbələri sıralayan “Neftçi” bu tur “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı cari mövsümün debütantı olmasına baxmayaraq, inamlı çıxışı ilə seçilən zirəlilər açıblar. Amma "ağ-qaralar" erkən qolla tez cavab veriblər. Qalan dəqiqələrdə başqa qol vurulmayınca, qarşılaşma sülhlə bitib. Nəticədə, "Neftçi" yeni baş məşqçisi ilə ilk dəfə xal itirib.

Bu oyunla eyni saatda “Xəzər Lənkəran” evdə “Qəbələ” ilə üz-üzə gəlib. Roman Qriqorçukun komandası maliyyə və heyətlə bağlı ciddi problemlərlə üzləşən meydan sahiblərini minimal hesabla məğlub edib.

İlk oyun gününün son matçında isə lider "Qarabağ”la əsas izləyicisi “İnter” qarşılaşıb. Ağdam klubu minimal hesablı qələbə sayəsində izləyiciləri ilə xal fərqini daha da artırıb.

Topaz Premyer Liqası
15-ci tur

6 dekabr (bazar)

“Xəzər Lənkəran” - “Qəbələ” - 0:1 (0:1)
Qol: A.Antonov, 21 (0:1).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 77. Əli Əliyev, 79. Namiq Qocayev.
Baş məşqçi: Yunis Hüseynov.
“Qəbələ”: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 44. Rafael Santos, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Ermin Zets, 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli.
Baş məşqçi: Roman Qriqorçuk.

“Neftçi” - “Zirə” - 1:1 (1:1)
Qollar: L.A.Diez, 4 (0:1). R.Qurbanov, 10 (1:1).
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 24. Mixal Peskoviç, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 7. Araz Abdullayev, 3. Filyo Jayro Rodriqes, 16. Əziz Quliyev, 21. Samir Məsimov.
Baş məşqçi: Əsgər Abdullayev.
“Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 32. Luis Alberto Diez, 10. İqor İvanoviç.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 27. Rəşad Abdullayev, 77. Ruslan Poladov, 7. Rihayro, 8. Tərzin Cahangirov, 70. Mirkamil Həşimli, 19. Nurlan Novruzov.
Baş məşqçi: Adil Şükürov.

“Qarabağ” - “İnter” - 1:0 (1:0)
Qol: D.Kintana, 34 (1:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
“İnter”: 1. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 3. Xuan Fransisko, 9. Limam Seydi, 10. Elnur Abdullayev, 12. Ruslan Əmircanov, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi.
Baş məşqçi: Zaur Svanadze.

Turun digər iki oyunu sabah keçiriləcək: 17:00. “Sumqayıt” - “Kəpəz”, 20:00. “Rəvan” - AZAL.

Bombardirlər:
6
- Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ").
5 - Dieqo Martins ("İnter").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.