6 dekabr 2015 00:50
Qarabağın rəqibi Bastiyaya qalib gəldi
Fransa çempionatında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi səfərdə "Bastiya" ilə qarşılaşıb. Matç 2:1 hesabı ilə ağdamlıların rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Monako" geridə qalan turlarda topladığı 28 xalla 4-cü pillədə qərarlaşıb.
