6 dekabr 2015 00:25
Qəbələnin rəqibi Volfsburqa qalib gəldi
Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Volfsburq"la qarşılaşıb. Matç "Borussiya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda 35 xal toplayan "Borussiya" ikinci pillədə qərarlaşıb.
