6 dekabr 2015 00:15
Qarabağın rəqibi səfərdə 1 xal qazandı
İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu səfərdə "Vest Bromviç"lə qarşılaşıb. Matç heç-heçə ilə başa çatıb - 1:1.
Qeyd edək ki, "Tottenhem" hazırda 26 xalla 20 klub arasında 5-ci pillədə qərarlaşıb.
