5 dekabr 2015 21:30

Budaq Nəsirov: Məqsəd qış fasiləsinə kimi qalan dörd oyunda qələbə qazanmaqdır

Topaz Premyer Liqasında qış fasiləsinin yaranmasına dörd tur qalıb. Azerisport.az xəbər verir ki, dekabrın 20-də keçiriləcək oyunlarla çempionatda bir aylıq fasilə yaranacaq.

İlin sonuna doğru mübarizə qızışır ki, bu da başa düşüləndir. Komandalar xal ehtiyatını artırmağa çalışır. Belə klublar arasında “Kəpəz” də var. “Sarı-göylər” qarşıdakı dörd oyundan ikisini səfərdə, digər ikisini isə evdə keçirəcəklər. Komanda ekvator xəttinə doğru yola “Sumqayıt”a qarşı oyunla başlayacaq. Qarşıya qoyulan vəzifənin mahiyyətini futbolçular da yaxşı başa düşür. Klub saytına açıqlama verən Gəncə klubunun üzvü Budaq Nəsirov bunu bir daha təsdiqləyib: “Biz komanda olaraq bütün oyunlara eyni cür hazırlaşırıq. Yəni futbolçular yenə qələbəyə istəklidirlər. İndi məqsədimiz qış fasiləsinə kimi qalan dörd oyunda qələbə qazanmaqdır. Maksimum nəticəyə nail olmaq üçün meydana çıxacağıq. “Sumqayıt” ilə oyun bizim üçün uğurlu başlanğıc olmalıdır, inşallah, səfərdən üç xalla dönərik”.

Amma bu heç də asan görünmür. Cəza və zədə səbəbindən “Kəpəz”in heyətində itkilər var. Uzun müddət sıradan çıxan Dario Federiko kimi, Tural Nərimanov da zədəlidir. Eyni səbəbdən “Xəzər Lənkəran”la kubok oyununu buraxan Şəhriyar Əliyev isə məşqlərə yeni başlayıb. Bu azmış kimi sarı vərəqə limitini dolduran Rəşad Eyyubov Topaz Premyer Liqasının 15-ci turunda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalacaq: “Komandamızda itkilərə baxmayaraq, hər bir futbolçunun yeri dolur, kiminsə yoxluğu oyunumuza təsir etmir. Oyunçulardan kimsə oyunu buraxırsa, heyətdə onu əvəz edən olur. Amma hər bir itki bizim üçün ağırdır, istəməzdik ki, hansısa futbolçu cəza və ya zədə səbəbindən matçı buraxsın, komandadan kənarda qalsın”.

Tovuz futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi icarə əsasında “Kəpəz”də çıxış edir. Nəsirov carı mövsümün əvvəlində “Sumqayıt”dan bir illik icarəyə götürülüb: “Mənim üçün “Kəpəz”də oynamaq nəyə desəz, dəyər. Bura hansı klubdan gəlməyimin fərqi yoxdur. Əsas odur ki, bu gün harada çıxış edirəm və hansı komandanın şərəfini qoruyuram. Klubdakı durumumdan razıyam, belə olmasaydı, “Kəpəz”də olmazdım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.