5 dekabr 2015 15:40
Zaur Svanadze: Qarabağla oyunda yaxşı nəticə qazanmaq istəyirik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə ciddi itkilər ar. Buna baxmayaraq, hazırlaşırıq və yaxşı oynamaq üçün əlimizdən gələni edirik. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Onlar hazırda turnir cədvəlinə liderlik edirlər. Amma biz onlara müqavimət göstərib, yaxşı nəticə qazanmaq istəyirik".
