5 dekabr 2015 12:00

Dieqo Martins: Qarabağa qalib gəlib, çempionluq şansımızı artırmaq istəyirik

"İnter"in hücumçusu Dieqo Martins Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter" ikinci pillədə olsa da, klubunuzdakı maliyyə problemlərini nəzərə alsaq, çətin ki, mövsümün sonunadək yerinizi qoruya biləsiniz. Elə deyilmi?
- Biz hələ bəzi oyunlarda lazımsız xal itkiləri ilə üzləşmişik. Bəxtsizlik qələbə qazanmağımıza mane olub. Amma hazırda yaxşı yerdə qərarlaşmışıq. Bacardığımızı daha yaxşı həyata keçirməyə davam edəcəyik.

- Qarşıda sizi lider "Qarabağ"la oyun gözləyir. Xal fərqini azalda biləcəksiniz?
- "Qarabağ"a qarşı oynamaq çox çətindir. Maraqlı və gərgin oyun olacağını düşünürəm. Bu görüş bizim üçün vacibdir. "Qarabağ"a qalib gəlib, çempionluq uğrunda mübarizəmizi davam etdirmək istəyirik.

- Birinci dövrədə "Qarabağ"a öz meydanınızda uduzmuşdunuz...
- Mən həmin oyunu buraxmışdım. Çünki cəzalı idim. Yadımdadır ki, birinci hissədə yaxşı oynamışdıq. Amma fasilədən sonra pis oynadıq. Biz azlıqda qaldıq, "Qarabağ" isə qol vurdu və qalib gəldi. Həmin oyunda gözəl feyr-pley nümunəsi də qeydə alındı. Rəqib futbolçu (Elvin Məmmədov - red.) penaltini qəsdən kənara vurdu. Bu cür addım təbii ki, alqışlara layiqdir. Amma hamı həmin epizodda penalti olmadığını gördü.

- Əksəriyyət belə hesab edir ki, "Qarabağ" bu mövsüm də problemsiz çempion olacaq...
- Mən bu fikirlə bağlı mübahisə edərdim. Hazırda bizim də çempionluq şansımız var. Baxmayaraq ki, ilk dövrədə uduzmuşduq. "Qarabağ"a bu dəfə qalib gəlməklə çempionluq şansımızı daha da artırmaq istəyirik. Amma təbii ki, bunun əksi olsa, "Qarabağ"ın şansları daha da artacaq.

- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- Hazırda "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Ağdamlıların heyətində çoxlu yüksək səviyyəli futbolçu yer almaqdadır. Fikrimcə, komanda uğurlu çıxış edir və Azərbaycanı Avropada layiqincə təmsil edir. Son turda Belçika "Anderlext"inə qarşı səfərdə mübarizə aparmaq çətin olacaq. Amma ağdamlıların qələbə qazanmaq şansı var. Bu görüşdə onlara ancaq uğurlar arzulaya bilərəm.

- Siz özünüz kifayət qədər uğurlu oynayırsınız, qollar vurursunuz. Qış fasiləsində digər klublardan hansınasa keçməyiniz mümkündür?
- Müxtəlif xarici klublardan təkliflər almışam. Amma mən hələ "İnter"dəki oyunumu düşünürəm.

- Mətbuatda "Qəbələ"yə keçəcəyiniz söylənilir...
- "Qəbələ"? Bu klubdan mənimlə heç kim əlaqə saxlamayıb.

- "İnter"in bu mövsüm üçün hədəfi Azərbaycan çempionu olmaqdır, ya kuboku qazanmaq?
- Çempionluq sevinci yaşamağımızı istəyərdim. Amma bilirəm ki, buna nail olmaq çox çətin olacaq. Kubokda isə nə qədər mümkündürsə, bir o qədər irəli getməyə çalışacağıq.

- Klubunuzun maliyyə vəziyyəti necədir?
- İndi ciddi problemimiz yoxdur. Vaxtında maaşlarımızı alırıq.

- "İnter"ə Albaniyanın "Şkenderbeu" klubundan gəlmisiniz. Hazırda həmin klubun Avroliqanın qrup mərhələsində çıxış etdiyini nəzərə alsaq, Azərbaycana gəlməyinizə təəssüflənmirsiniz?
- Ora mənim xoşuma gəlmirdi. "İnter"də isə hər şey qaydasındadır. Albaniya klubuna qayıtmaqla bağlı heç fikrim də yoxdur.

- Albaniya çempionatında oynamaq daha asan idi, ya Azərbaycan?
- Bu çempionatların səviyyəsi eynidir. Ona görə də onların heç birində oynamaq asan deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.