5 dekabr 2015 00:20
Qəbələnin rəqibi Kubana qalib gəldi
Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kuban"la qarşılaşıb. Matç 3:2 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 30 xalla 5-ci pillədə qərarlaşıb.
