4 dekabr 2015 18:00

Rəşad Abdullayev: Neftçi ilə oyunda məğlubiyyət planlarımıza daxil deyil

"Zirə"nin kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Bizi çətin oyun gözləyir. Birinci dövrədə bu komandaya qalib gəlmişdik. Amma "Neftçi" birinci dövrədəki komanda deyil. Rəqib komanda çox dəyişib. Bunu onların son nəticələri də göstəir. "Bakcell Arena"dakı oyun bizim üçün çox çətin olacaq.

- Onların bu uğurlu nəticələri "Zirə"ni qorxudur?
- Xeyr. Biz də son dövrlər pis çıxış etmirik. Amma rəqibimizin "Xəzər Lənkəran" (2:0) və "Qarabağ" (1:0), eləcə də "Qaradağ Lökbatan" (8:0) üzərindəki qələbələri şübhəsiz ki, onlarda ruh yüksəkliyi yaradıb. Biz isə bu komandanın uğurlu seriyasına son qoymağa çalışacağıq.

- Əsgər Abdullayev komandanın sükanı arxasına keçən kimi komandanı qısa müddət ərzində toparlamağı bacardı. Bu, sizin üçün gözlənilməz olmadı?
- Buna normal yanaşıram. Prinsipcə, Abdullayev gələndən sonra komandada xüsusi dəyişikliklərə əl atmayıb. Elə həmin heyətdir. Samir Əliyevin dövründə də pis oynamırdılar. Amma Abdullayev daha təcrübəli mütəxəssisdir. O, komandadakı çatışmazlıqları tez tapa bildi və nəticə göstərməyə başladı. Komanda relsə düşüb və inamla irəliləyir.

- Bütün bunları nəzərə alsaq, "Neftçi" ilə səfərdə heç-heçə də sizi qane edəcəkmi?
- Biz təbii ki, uduzmaq istəmirik. Amma meydana qələbə üçün çıxacağıq. Məğlubiyyət planlarımıza daxil deyil. Turnir cədvəlindəki vəziyyət elədir ki, istənilən xal itkisi bizi geri ata bilər.

- Nelson Bonilya cəzalı olduğundan sizə kömək edə bilməyəcək...
- Bu, bizim üçün itkidir. Hücumlarımızın qurulmasından, qol vurulmasında vacib rol oynayır. Amma hər bir mövqeyə layiqli əvəzedicilərimiz var. Bonilyanın da mövqeyində oynayacaq futbolçumuz var.

- "Zirə" qış fasiləsinə qədər ilk üçlükdə qala biləcək?
- Mövqeyimizi mövsümün sonunadək qorumaq istəyirik. Mövsümə yaxşı başlamışıq. Amma bu asandır. Daha çətin olan mövqeyini qorumaqdır. Əvvəllər rəqiblərimiz bizimlə oyunlara arxayın çıxırdılar, düzgün qiymətləndirmirdilər. Amma indi əksər klublar bizə qarşı qapalı oyun sərgiləyirlər. Bu, çox şeydən xəbər verir.

- Deməli, komandanız avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır?
- 100%. Bizim buna yetərli gücümüz də var. Amma arxayınlaşmaq olmaz. Məsələn, "Qəbələ" neçə oyundur qələbə qazana bilmir, "Rəvan"la görüşdə məğlubiyyətdən son anda qurtuldular. Hətta "Qarabağ" da 8 xal fərqi ilə öndə olmasına baxmayaraq, arxayınlaşmamalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.